Kremldən Navalnının həbsinə münasibət: Putin ondan qorxmur…backend

Kremldən Navalnının həbsinə münasibət: Putin ondan qorxmur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dmitri Peskov jurnalistlərə açıqlamasında Aleksey Navalnının həbsinin Federal Penitensiar Xidmətin (FSIN) iddiaları ilə diktə edildiyini və Rusiya prezidentinin ona münasibətilə heç bir əlaqəsi olmadığını deyib. 
TİA.AZ xəbər verir ki, Kremlin sözçüsü prezidentin qanun pozuntusu ilə əlaqələndirilməməsi lazım olduğunu söyləyərək, “Kiminsə kimdənsə qorxduğu iddiaları tamamilə cəfəngiyatdır” deyə bildirib.
Peskov Navalnının “Berlin xəstəsi olduğu müddətdə FSIN-in mülayimlik və anlayış nümayiş etdirərək heç bir sual verməməsini” xatırladıb. Ancaq “Şarite” klinikası siyasətçinin səhhətinin yaxşı olduğunu təsdiqləyəndən sonra FSIN-in sualları meydana gəlib.
Peskov Navalnı ilə bağlı seçilmiş həbs qətimkan tədbirinin bənzərsiz bir hadisə olmadığını deyib. Statistikaya görə, son üç ildə təxirə salınmış cəzanın pozulması 18 min dəfə baş verib. “Kimsə əmri pozarsa, polis hərəkətə keçir”, – Peskov deyib.
Peskov Navalnı məsələsində Rusiya səlahiyyətlilərinin digər ölkələrin və beynəlxalq birliyin rəyini nəzərə almaq niyyətində olmadığını bildirib: “Biz bəyanatları dinləyirik, amma onları nəzərə almağa hazırlaşmırıq. Rusiya Federasiyası vətəndaşı tərəfindən qanuna əməl edilməməsi faktından danışırıq. Bu, tamamilə daxili bir məsələdir və heç kimin buna qarışmasına icazə verməyəcəyik”.
Onun sözlərinə görə, Navalnının həbs edildiyi üçün Rusiya vətəndaşlarını küçələrə çıxmağa çağırması Kremldə həyəcanverici kimi qiymətləndirilir: “Yəqin ki, bu qeyri-qanuni bir işə edilən müraciət mövzusunda təhlil və araşdırma üçün bir səbəb ola bilər”. Eyni zamanda Peskov Kremlin müxalifətçinin həbsi səbəbi ilə vətəndaşların kütləvi etirazlarından qorxmadığını vurğulayıb.
Aleksey Navalnı bazar günü Berlindən gələrkən Şeremetyevoda pasport nəzarətindən keçməzdən əvvəl həbs edilib.
Yanvarın 14-də Federal Penitensiar Xidməti siyasətçinin 29 dekabr tarixində şöbənin təşəbbüsü ilə axtarışa verildiyini bildirib. Xidmət onun “İv Roşe” işi üzrə şərti cəzanı real cəza ilə əvəz edəcək, çünki 2020-ci ildə dəfələrlə cinayət icra müfəttişliyində qeydiyyatı buraxıb. Şöbəyə görə, müalicədən sonra reabilitasiya keçməsi onun qeydiyyata gəlməməsinə səbəb ola bilməz.
Navalnı hava limanından Ximki şəhərinin polis şöbəsinə aparılıb, ertəsi gün həbs qətimkan tədbiri seçilib və siyasətçi 15 fevrala qədər həbsdə qalacaq.