Kremldə yalnız iki bu nəfər müharibənin davam etdirilməsinin tərəfdarıdırbackend

Kremldə yalnız iki bu nəfər müharibənin davam etdirilməsinin tərəfdarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yalnız Rusiya prezidenti Vladimir Putin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ilə genişmiqyaslı müharibənin davam etdirilməsinin birbaşa tərəfdarıdır.
TİA.AZ xəbər verir ki, bunu Ukrayna kanallarından birinin efirində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Rusiyanın hərbi-siyasi rəhbərliyində böyük problemlər başlayıb. Əslində, indi müharibənin davam etdirilməsinin birbaşa tərəfdarı olan cəmi iki nəfər var. Qalan hamı onu dayandırmağa çalışır”, – o vurğulayıb.
“İki nəfər tamamilə açıq şəkildə müharibənin davam etdirilməsinin tərəfdarıdır – bunlar Putin və Şoyqudur. Hətta Rusiya Federasiyasının generalları da əsasən buna qarşıdırlar”, – Budanov əlavə edib.