Tribuna İnformasiya Agentliyi

Kreml Zaxarçenkonun varisini dəstəklədi

08 Sentyabr

Rusiya prezidentinin köməkçisi Vladislav Surkov Denis Puşilini qondarma Donetsk Xalq Respublikasının yeni rəhbəri təyin olunması münasibətiylə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Surkov Puşilinə göndərdiyi məktubda onun Aleksandr Zaxarçenkonun siyasətini davam etdirəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Surkov Ukrayna konfliktinin əsas layihə rəhbəri hesab edilir. Ukraynada yaradılan iki qondarma respublikanın koordinasiyasını məhz bu şəxs həyata keçirib.