Tribuna İnformasiya Agentliyi

Kreml yeni sanksiyalarla bağlı təhdidlərə reaksiya verdi

09 Avqust

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya maliyyə sisteminin dayanıqlılığını sübut edib və ABŞ-ın yeni sanksiyalar tətbiq etməsi yersizdir.

TİA.AZ xəbər verir ki, bununla bağlı “RİA Novosti” məlumat yayıb.

“Burada göstərilən hər hansı bir arqument tamamilə yanlışdır. Maliyyə sistemimiz kifayət qədər dayanıqlıdır. Bu, hamıya yaxşı məlumdur”, – o deyib.

Kreml nümayəndəsi qeyd edib ki, Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripal və qızı Yuliyanın Britaniyanın Solsberi şəhərində zəhərlənməsi ilə bağlı tətbiq edilən qadağalar qəbuledilməzdir.