Kreml Ukrayna hökumətini faşist saymadı, ancaq Solovyovu da haqlı çıxardıbackend

Kreml Ukrayna hökumətini faşist saymadı, ancaq Solovyovu da haqlı çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirilən bir brifinqdə jurnalistlərə açıqlamasında Kremlin nasistlərin Ukraynada hakimiyyətə gəldiyinə inanmadığını söyləyib. Eyni zamanda, onun sözlərinə görə, Kreml bu ölkədə nasizm tərəfdarlarının əhəmiyyətli bir siyasi rol oynadığını hesab edir.
Qaynarinfo xəbər verir ki, qalmaqallı, millətçi açıqlamalarıyla məşhur olan ermənipərəst jurnalist Vladimir Solovyovun “Ukraynada faşist ideologiyası tərəfdarlarının – Bandera ardıcıllarının hakimiyyətə gəlməsi” ilə bağlı açıqlamasına münasibət bildirən Dmitri Peskov “Ukraynada faşizm və Bandera tərəfdarlarına böyük hörmət göstərildiyi”ni heç kimin dana bilməyəcəyini deyib.
“Nasistlər oradadırlar və ictimai-daxili həyata, Ukraynanın daxili siyasi həyatına böyük təsir göstərirlər”, – Peskov deyib.
O, jurnalist Vladimir Solovyovun hər hansı bir açıqlama verməkdə sərbəst olduğunu da əlavə edib. Peskov onu da bildirib ki, Solovyov rəsmi şəxs deyil, amma o, siyasət elmi və ekspert düşüncəsinin nəbzinə çox həssasdır.
“O, lazım hesab etdiyi qiymətləndirmələrdə sərbəstdir”, – deyən Peskov Ukraynada Banderaçıların hakimiyyətə gəlişi ilə bağlı fikirlərin Moskvanın rəsmi mövqeyi olmadığını və rəsmilərin heç birinin bu cür açıqlamalar vermədiyini vurğulayıb.