Kreml Londonun ittihamlarına cavab verdibackend

Kreml Londonun ittihamlarına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Böyük Britaniyanın Solsberi şəhərində sinir iflici edən qazla zəhərlənmiş keçmiş rus casus Skripalla bağlı insidentə aidiyyəti yoxdur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Moskvanın mövqeyi Londona çatdırılıb. Bu mövqe ondan ibarətdir ki, Moskvanın Sergey Skripalın zəhərlənməsi ilə heç bir əlaqəsi yoxdur. Moskva sözdə, sübutsuz ittihamları və ultimatum dilini qəbul etmir. Bu mövqeyimiz Londona çatdırılıb”, – Kreml rəsmisi deyib.

Peskov bəyan edib ki, Rusiya heç bir sübutlarla əsaslandırılmayan ittihamları və ultimatum dilini qəbul etmir:

“Bununla belə rəsmi Moskva hadisənin səbəblərinin araşdırılması üçün Britaniyaya yardım etməyə hazırdır, lakin qarşı tərəfdən bunu görmür”.