KREML LİDERİNDƏN DONETSK ETİRAFI: CONSON PUTİNƏ QARŞI HANSI SSENARİ HAZIRLAYIR?backend

KREML LİDERİNDƏN DONETSK ETİRAFI: CONSON PUTİNƏ QARŞI HANSI SSENARİ HAZIRLAYIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Britaniya baş naziri Kiyevə yeni təşəbbüslə gəlib. TİA.Az xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli bu mövzuda fikirlərini açıqlayıb. Onun sözlərinə görə, hər 4 ayda 10 min (1 ildə 30 min) Ukrayna əsgərinə Britaniya ərazisində bu ölkənin hesabına britaniyalı zabitlər tərəfindən təlim veriləcək: “Bu, o deməkdir ki, müharibə uzanarsa, Ukrayna Britaniya ordusunun təlim mərkəzlərində NATO standartları üzrə hazırlanmış yüksəl səviyyəli rezervləri döyüşə daxil etmək imkanı qazanacaq. Rus ordusunun rezervlərinin döyüş qabiliyyətinin isə hazırda döyüşən hərbi birləşmələrdən daha aşağı səviyyədə olacağı sirr deyil.

Bu gün Sankt-Peterburq forumundakı çıxışında Putin Donbasdakı döyüşlərlə bağlı maraqlı açıqlama verib. Müharibənin 114-cü günündə diktator etiraf edib ki, onun ordusu Ukrayna ordusunun Donetsk istiqamətindəki möhkəmləndirilmiş mövqelərini (“ukreprayon”) yara bilmir, bu səbəblə indi üzbəüz hücumlardan imtina edərək həmin rayonların arxasına çıxmağa çalışırlar.
Həqiqətən Rusiya ordusunun 24 fevraldan bəri Avdeyevka başda olmaqla, Donetsk şəhəri ətrafındakı Ukrayna mövqelərinə aramsız hücumları nəticə verməyib. Təkcə bu lokal ərazidə rus ordusu və qondarma DNR-LNR qüvvələri minlərlə əsgər-zabit itirib”.

TİA.Az