Kreml Kadırovla Jirinovski arasındakı qalmaqala reaksiya verdibackend

Kreml Kadırovla Jirinovski arasındakı qalmaqala reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistanın başçısı Ramzan Kadırovla Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski arasında yaranmış mübahisəyə münasibət bildirib.

TİA.AZ xəbər verir ki, Peskov Kremlin bu mövzuda müzakirələrin davam etdirilməsini vacib hesab etmədiyini bildirib.

“Biz lazım olan hər şeyi dedik”, – Peskov deyib.

Xatırladaq ki, 31 oktyabrda Kadırov öz Teleqram kanalında Rusiya Liberal Demokratik Partiyası “Exo Moskvı” radiosunun rəhbəri ilə müsahibədən sonra Kadırova faktiki olaraq terror aksiyalarına dəstək olaraq şərh verməməyi məsləhət görən Jirinovskidən üzr istəməsini tələb etmişdi.

“LDPR lideri başçı və qubernatorlara onların işi haqqında ağıl öyrətməyə cəsarət edib…” – Kadırov qeyd edib.

Bundan sonra Jirinovski Youtube-da Vladimir Solovyovun efirində Kadırovun adını çəkmədiyini və Çeçenistan rəhbərinin bu sözləri niyə şəxsən özünə götürdüyünü anlamadığını deyib. Bundan əlavə, Jirinovski qeyd edib ki, Rusiya dünyəvi bir dövlətdir, buna görə dinlə bağlı nə vaxt və nə deyəcəyinə icazə istəməyəcək.