KREML ERMƏNİ OLİQARXI NİYƏ XANKƏNDİYƏ GÖNDƏRDİ ? – XAİN SSENARİ, SENSASİON İDDİAbackend

KREML ERMƏNİ OLİQARXI NİYƏ XANKƏNDİYƏ GÖNDƏRDİ ? – XAİN SSENARİ, SENSASİON İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1 milyard dollardan artıq əmlakı olan Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Xankəndinə yerləşməsinə sıradan hadisə kimi baxmıram”.

TİA.Az məlumat verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, bu 44 günlük müharibədən sonra Azərbaycana qarşı həyata keçirilən növbəti və yaxşı planlanan təxribatdır: “Vardanyanın Qarabağdan rus dilində yaydığı paylaşımını izlədim. O həmin paylaşımda digər imkanlı erməniləri də Qarabağa köçməyə çağırış edib. Rusiyada rahat həyat yaşayan və yaxşı pullar qazanan erməni niyə səfalət içində və Azərbaycan ordusunun nişangahında olan bölgəyə köçsün ki? Əksinə imkanı olan erməni Qarabağı və Ermənistanı tərk etməyə çalışır. O biri tərəfdən Vardanyan Qarabağ ermənisi də deyil. Köçməyə qaldıqda gərək Ermənistanın keçmiş prezidentləri və Qarabağ doğumlu Robert Köçəryan və Serj Sərkisyan qayıtmalıydılar. Ancaq onlar daha təhlükəsiz yerdə yaşamağa üstünlük verirlər.


Vardanyan Rusiya hakimiyyət təmsilçiləri ilə sıx bağlıdır. Demək, bu təxribatın arxasında Rusiyadakı siyasi dairələr dayana bilər. Məqsəd Azərbaycan ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləməkdir. Abramyan Rusiyadan qazandığı pulları Qarabağın separatçıların nəzarətində olan hissəsində xərcləməyə başlayacaq. Moskva separatçıların lideri Araik Arutunyanı Ermənistanın baş naziri Nikol Paşinyanın adamı kimi dəyərləndirir. Kremlin Araik Arutunyanı Ruben Abramyanla əvəz etmək etmək planının varlığı istisna etmək olmaz. Araik Arutunyan erməni əsilli keçmiş rusiyalı oliqarxın əhatəsində özünü gərgin hiss etməyə başlayacaq. Ruben Abramyanın “Qarabağa gəlin” çağırışına başqa imkanlı ermənilərin səs verəcəyini istisna etmək olmaz. Laçına alternativ yol tikdik, orda da əli silahlı separatçılar peyda olublar. Növbəti çağırışlarla üz-üzəyik, cavabımız nə olacaq? Bu haqda düşünməliyik. Ordumuz öz işini görür və görəcək, ancaq Ruben Abramyanın siyasi gedişinə harda yaşamasından asılı olmayaraq hansısa azərbaycanlı oliqarxın da biznesini Şuşa və ya Laçından idarə etməyə qərar verməsi yerində olmazdımı?”

TİA.Az