Kredit güzəşti etməyən bankla bağlı Mərkəzi Banka müraciət edə bilərsiz – RƏSMİbackend

Kredit güzəşti etməyən bankla bağlı Mərkəzi Banka müraciət edə bilərsiz – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın sədri Elman Rüstəmov bağlanan banklardan əhalinin əməkhaqqı ala bilməməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, E.Rüstəmov qeyd edib ki, bu bankların böyük həcmdə aktivləri var:

“Bunlar Əmanətlərin Sığortalanması Fonduna keçirilir. Bundan sonra biznesin pulları müəyyən həcmdə qaytarılacaq. Bu banklarla çalışan biznesin sahiblərinin bank rəhbərlərinə də sualları olunmalı idi. Nəyə görə bu situasiya bu qədər davam etdirilib? Bundan sonrakı işləri artıq ləğvedici görəcək”.

E. Rüstəmov pandemiya dövründə kredit ödənişlərində tətbiq edilən güzəştlərdən danışıb. O qeyd edib ki, banklar bizim tövsiyələrdən də kənara çıxıb daha geniş çərviçəvədə hərəkət edirlər: “Bu gün bizə 15 imtina halı ilə bağlı müraciət daxil olub. Biz onları ciddi araşdırırıq. Kim belə halla rastlaşırsa bizimlə əlaqə saxlasın”.

E. Rüstəmov həmçinin bildirib ki, bağlanmış banklarda əvvəlcədən düşünülmüş şəkildə aktivlərin çıxarılması bağlı onlarda məlumat yoxdur.