Kraliçanı Bukingem sarayından çıxarırlarbackend

Kraliçanı Bukingem sarayından çıxarırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə kraliça II Elizabet təmir işləri ilə əlaqədar Bukingem sarayını tərk etməli olacaq.

Oxu.Az-ın BBC-yə istinadən məlumatına görə, təmir qiyməti təxminən 460 milyon dollar təşkil edəcək.

Sarayda istilik sistemi tamamilə dəyişdiriləcək. İşlərə artıq cari ilin aprel ayında başlanılıb və 2027-ci ilə qədər davam edəcək.

Saray nümayəndəsinin sözlərinə görə, təmir işləri elə planlaşdırılıb ki, Böyük Britaniya kraliçası II Elizabet və onun həyat yoldaşı Filippnarahatçılıq keçirməsinlər.

“Kraliça praqmatik qadındır və sarayda daha çox vaxt keçirməyə üstünlük verir”, – deyə saray nümayəndəsi bildirib.