Kraliça Elizabetin uzunömürlük və sağlamlıq sirləribackend

Kraliça Elizabetin uzunömürlük və sağlamlıq sirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
XXI əsrin fenomenal şəxsiyyəti kraliça II Elizabet 2022-ci ilə kimi 96 il sağlam və kifayət qədər fiziki aktiv həyat sürüb.
 
O, tarixə ən uzun idarəedici monarx kiimi düşdü.
Ömrünün sonuna kimi kəskin zehni və yaddaşını qoruya bilən kraliçanın sağlamlığının sirri nədə idi?
“Medicina” xəbər verir ki, hər şeydən öncə onun genetikası uzunömürlüdür. Onun anası 101, nənələri 90 yaşına kimi ömür sürüb.
II Yelizaveta hər gün səhər 7-ə artıq oyanırdı. 7:30-da artıq səhər çayı və yeməyi idi. Sonra 11-ə kimi kraliça qırmızı portfeldə olan sənədlərlə tanış olurdu.
Gün boyu qəbullar, səfərlər, iş, gün ortasında çay fasiləsi və yuxuya getmə vaxtı ciddi olaraq 22:00 idi.
Yelizaveta müntəzəm fiziki aktivlik göstərirdi. Sevimli istirahəti itlərlə parkda gəzinti, kitab oxumaq, atlarla yürüş gəncliyindən onu müşayiət edirdi.
O, bütün ailə üzvlərini sağlam qidalanmaya məcbur edirdi.
Onun əmri ilə sarayda makaron, ağ düyü, yüngül karbohidratlar qadağan idi.
Qadağa siyahısında kartof da var idi, nadir hallarda tədbirlərdə klassik variantda hazırlanırdı.
Amma naharı zəngin idi: mütləq ət, bekon, balıq, tərəvəz qarniri, təzə meyvə-tərəvəz olmalıydı.
Yeməyi ilə heç vaxt eksperiment etməzdi.
Zəif nöqtəsi şokoladlı tort idi. Demək olar hər gün bir dilim yeyirdi. Məhz təbii qara şokolad orqanizmdə güclü antioksidant rolunu oynayır.
Baxmalayaraq ki, Yelizavetanın atası və bacısı daimi siqaret çəkən idi, o bu vərdişə aludə olmadı.
Hətta Britaniyada ali təbəqənin qadınları arasıda bu dəb olsa belə, o bu dəblə ayaqlaşmadı.
Amma kraliçanı Cin və Dyubone likörü qarışından ibarət kokteylini içən görə bilərdik.
Onu gəncliyindən tənqid, Diananın ölümünə görə qınaqlar müşayiət edib. Bu qədər stresin qarşısında o iradəsi və öz sözünün üstündə durması ilə özünü qoruya bildi.
Kraliçanın ətrafı onun pozitiv və həyata optimist yanaşdığını deyir.
Kraliça sarayının həkimləri onun nadir halda müalicə aldığını deyir. Yelizaveta İngiltərənin ən güclü homeopatiya həkimlərinin məsləhəti ilə də müalicələr alıb.