Tribuna İnformasiya Agentliyi

KQB casusları, kadrları… – Hamısı yayımlanacaq

05 Oktyabr

Latviya parlamenti SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sənədlərinin internetdə yayımlanmasına izn verən qanunu qəbul edib.

Axar.az xəbər verir ki, DTK-nın sənədlərinin yayımlanmasının lehinə parlamentin deputatlarının böyük hissəsi səs verib. Qanuna əsasən, internetdə DTK-nın casus şəbəkəsi, ştatdan kənar operativ əməkdaşları və DTK əməkdaşlarının telefon kitabçaları yayımlanacaq. Belə ki, qanuna uyğun olaraq 3 dekabra qədər bu sənədlər Latviya Milli Arxivinə təqdim ediləcək və 31 dekabrdan etibarən isə onun saytında yayımlanacaq.

Latviya həmçinin gələcəkdə DTK casuslarının şəxsi işləri, orqandan qovulan casuslar, təsir altına salına bilməyən şəxslər haqqında məlumatları da yayımlamağı planlaşdırıb.