Tribuna İnformasiya Agentliyi

Kosmosda biznes müəssisələrinin inkişafı üçün agentlik yaradılır

13 Sentyabr

Lüksemburq kosmosda biznes müəssisələrinin inkişafı üçün agentlik yaradır.

TİA.AZ-ın məlumatına görə, bunu ölkənin baş nazir müavini Etyenn Şnayder elan edib.

E.Şnayderin sözlərinə görə, ölkədə həmçinin kosmik texnologiyaların hazırlanması ilə məşğul olan startapların maliyyələşdirilməsi üçün fond yaradılır.

Nazir müavini bildirib ki, Lüksemburqun kosmik agentliyi NASA kimi raket buraxılışları ilə məşğul olmayacaq.