Tribuna İnformasiya Agentliyi

Kosmosa göndərilən “Soyuz MS-10” qəzaya uğradı

11 Oktyabr
Rusiyaya məxsus Soyuz MS-10 kosmik vasitəsinin göndərilməsi zamanı qəza meydana gəlib.
Qaynarinfo xəbər verir ki, Qazaxıstanın “Baikonur” Kosmik Stansiyasından Beynəlxalq Kosmik Stansiyaya yola düşən raketin təcili geri dönüş etməsi gözlənilir.
Qeyd edək ki, “Soyuz MS-10″da NASA-dan Nik Haque və “Roscosmos”dan Aleksey Ovçinin var. Hər iki şəxsin sağ olduğu bildirilir.