Tribuna İnformasiya Agentliyi

Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır

18 Mart
Yer planetinə bu yaxınlarda aşkarlanmış 2019EA2 asteroidi yaxınlaşır.
Bu haqda NASA məlumat verir.
30 metr diametrli kosmik obyekt martın 22-də Yerə ən yaxın məsafəyə qədər yaxınlaşacaq. Asteroidin Yerdən 305 min kilometr aralı ötüb keçəcəyi gözlənilir.
Bundan əvvəl, 2018 –ci ilin noyabr ayında astronomlar Yerə  insan kəlləsi şəkilli 2015 TB145 adlı ölü asteroidin yaxınlaşdığı barədə xəbərdar etmişdilər. Sözügedən kosmik obyekt Yerdən 38 milyon kilometr aralı keçmişdi. (oxu.az)