Koronavirusun yeni ştamı ortaya çıxdı – Daha sürətlə yayılırbackend

Koronavirusun yeni ştamı ortaya çıxdı – Daha sürətlə yayılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada 5 milyona yaxın insanın ölümünə səbəb olan koronavirus epidemiyası yenidən mutasiya edib.

TİA.AZ xəbər verir ki, alimlər İngiltərədə ortaya çıxan yeni ştamı – “AY.4.2” adlandırıblar. Bu ştamın orijinal “Delta”dan daha yoluxucu olduğu ortaya çıxıb.

“Delta” variantının mutasiya etdiyini bildirən mütəxəssislər İngiltərədəki yoluxmaların demək olar ki, 10 faizinin “AY.4.2”-ə aid olduğunu açıqlayıblar.

“London Universiteti Genetika Kolleci”nin alimi François Balloux yeni ştamın ən yoluxucu koronavirus mutasiyası olduğunu bildirib.