Koronavirusun yeni müalicə üsulu təsdiqləndi – ABŞ-dabackend

Koronavirusun yeni müalicə üsulu təsdiqləndi – ABŞ-da

Artıq Amerikalı həkimlər plazma yolu ilə ən ağır xəstələri müalicə edə biləcəklər.
Bu hamıya çox tanış olan plazma müalicəsidir. Plazma zamanı isə qan yalnız koronavirusdan sağalmış insanlardan alınmalıdır.
Ötən gün ABŞ Qida və Dərman İdarəsi (FDA),bu xəstəlikdən sağalmış xəstələrdən qan alma yolu ilə plazma üsulu müalicəyə razılıq verib. Bu üsul, yalnız kritik vəziyyətdə olan və mexaniki ventilyasiya aparatından istifadə edən xəstələr üçün keçərli olacaq. Qan plazmasında virusa qarşı müqavimət göstərən immunoqlabinlər var. Ağır xəstənin bədəninə bu plazmanın aktiv şəkildə köçürülməsi, infeksiyaya qarşı immunitet reaksiyasını gücləndirməyə və patojeni dəf etməyə kömək edir.
Plazma transfüzyonu bir əsrdən çoxdur ki, tibbdə istifadə olunur və Çin həkimləri COVID-19 ilə mübarizə aparmaq üçün bu texnikadan fəal şəkildə istifadə edirlər. Bu metodun geniş yayılmamasına səbəb isə koronavirusdan sonra sağalan donorların çox az olmasıdır. Bütün bunları nəzərə alaraq, bu müalicə üsulu yalnız ən ağır xəstələrin müalicəsində istifadə ediləcəkdir.
Xatırladaq ki, COVID-19 virusuna yoluxan insanların böyük əksəriyyəti virusu heç bir simptom olmadan və ya yüngül kataral xəstəlik kimi keçirirlər. Çox az sayda insanlarda virus daha ağır formada müşahidə olunur. Bu xəstəlik diabet, KOAH, onkoloji, ürək-damar xəstəlikləri olan xroniki xəstələr, eləcə də 65 yaşdan yuxarı insanlar üçün əsas təhlükə yaradır. Çox az hallarda ölüm 8%-ə çata bilir.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki