Koronavirusun olmadığı yeganə bölgə: Antarktidabackend

Koronavirusun olmadığı yeganə bölgə: Antarktida

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Planetimizdə Antarktida qitəsi koronavirusun olmadığı yeganə bölgədir. Orada hələ ki, bircə yoluxma halı da qeydə alınmayıb.

İnteraktiv xəritəyə istinadla, bu barədə Amerikanın Con Hopkins araşdırmaçı universiteti xəbər verib.

Antarktidada bir neçə min insan yaşayır – onlar polyar stansiyanın əməkdaşlarıdır.

Xatırladaq ki, dünyada koronavirusa demək olar, 120 ölkə üzrə150 min nəfərin yoluxduğu xəbər verilir. Virus «partlayışı» ötən ilin sonunda Çinin Vuhan şəhərində baş verib. Sonra Çin sərhədlərini aşaraq, müxtəlif ölkələrə yayılıb.

AzPolitika.info