Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptombackend

Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptom

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çin koronavirusunun erkən əlaməti heç də qızdırma deyil.
Virusun mərkəzi olan Uhan şəhər xəstəxanasının həkimləri daxil olan xəstələrin anamnezini araşdıraraq, koronavirusun ilk və diqqətə alınmayan əlamətlərinin tamam başqa olduğunu müəyyən ediblər.
Medicina.az xəbər verir ki, virusa yoluxmanın ilk əlaməti adi qripə bənzər simptomlar özünü xəstəliyin orta mərhələsində göstərə bilər, hətta atipin pnevmoniyanın başlanğıcında.
Koronavirusun ilk əlaməti isə həzm sistemində özünü göstərir: ürəkbulanma, qarında ağrı, ishal, ağciyərlər olan nahiyədə sıxılma, ürək döyüntüsünün artması.
Həkimlər bir çox xəstələrin hətta yüksək temperatursuz xəstəxanaya gətirildiyini bildirib. Ona görə qızdırma yoxdursa, koronavirus yoxdur deyə düşünmək yanlışdır.
Koronavirus mütləq bəzi test və analizlərlə dəqiq diaqnoz olunur.