Koronavirusu Avropaya da sıçradıbackend

Koronavirusu Avropaya da sıçradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində meydana gələn və bütün dünyada çaxnaşmaya səbəb olan koronavirusu Avropaya da yayılıb. 

“AzPolitika” xəbər verir ki, Çində 41 nəfərin ölümünə səbəb olan koronavirusu bu dəfə Avropada qeydə alınıb. Fransanın Paris və Bordo şəhərlərində koronavirusa yoluxan 2 nəfərin aşkarlandığı açıqlanıb.

Xəstələrin xəstəxanada karantində olduğunu bildirən Fransanın Səhiyyə naziri Agnes Buzyn, yaxın günlərdə yeni xəstələrin tapılacağının ehtimal edildiyini də açıqlayıb. Buzyn, virusun yayılmasının qarşısını almaq üçün hər şeyin ediləcəyini bildirib.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa (2019-nCoV) yoluxanların sayı 1300-ü ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılması ilə əlaqədar təcili iclas keçirib və bütün ölkələrə hazır olmağı tövsiyə edib.

 

 


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/