Koronavirusla bağlı yeni media hərəkatı yaradıldı – SİYAHIbackend

Koronavirusla bağlı yeni media hərəkatı yaradıldı – SİYAHI

“Koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, düşdüyümüz durumun ciddiliyinin vətəndaşlarımız tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün biz media təmsilçiləri və jurnalistlər “Özünü qoru, çevrəni xilas et” adlı Media Hərəkatında birləşdik”.

TİA.AZ  xəbər verir ki, bu açıqlama ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova çıxış edib.

“Amalımız, məqsədimiz evimizə, ocağımıza bədbəxtlik gəlməsinə yol verməmək, dostlarımızı, çevrəmizi virusdan qorumaq və xilas etməkdir.
Bu gündən Media Hərəkatına qoşulmuş bizlər, virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəyik”,-deyə İ.İbrahimova hərakat barədə əlavə edib.

Onun sözlərinə görə, hərəkatın müraciəti yaxınlara, dostlara və bütün xalqımızadır:

“Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız naminə, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə qoyulan tələblərə ciddi riayət edin.
Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq. Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın.
Bir daha vətəndaşlarımızı rastlaşdığımız bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq bu xəstəlik daha da uzun çəkəcək.
Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk!”.

Mətbuat katibi bütün həmkarlarını bu hərəkata qoşulmağa çağırıb.

“Özünü qoru, çevrəni xilas et” adlı Media Hərəkatına ilkin olaraq aşağıdakı jurnalistlər qoşulublar:

İradə İbrahimova
Nicat DAĞLAR
Aynur Camal
Rəşad Məcid
Vüqar Rəhimzadə
Emin Musəvi
Nurşən Quliyev
Ləman Ələşrəfqızı
Mehriban Məmmədova
Murad Əliyev
Elçin Zahiroğlu
Əfqan Qafarlı
Mahir Məmmədli
Həbibə Abdulla
Elnur Məhərrəmli
Gülşən Raufqızı
Namidə Bingöl
Səmayə Məmmədova
Elnur Kələntərli
Günay Malikqızı
Günay Yelmarqızı
Azər Qismət
Ramina Eyvazqızı
Səbuhi Qafarov
Əlişir Əhəd
Mais Ağayev
Vüqar Hüseynov
Rəvanə Əliyeva
Samir Əli
Anar Nəcəfli
Zeynab Kazımova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki