Koronavirusdan sonra xəstələr “səssiz qatil”lə qarşılaşa bilər – Həkimbackend

Koronavirusdan sonra xəstələr “səssiz qatil”lə qarşılaşa bilər – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəstələr koronavirusdan əziyyət çəkəndən sonra “lal qatil” – təzyiq pozğunluğu ilə üzləşə bilərlər.
Qaynarinfo xəbər verir ki, bu sözləri Tibb elmləri doktoru, kardioloq, müvəqqəti koronavirus xəstəxanasının rəhbəri Zaurbek Şuquşev Sputnik radiostansiyasının efirində bildirib. Onun sözlərinə görə, təzyiqi yüksək olan xəstələr çox aşağı təzyiqlə xəstəxanadan evə buraxılırlar.
“Onlarda demək olar ki, hipotenziya var. Bu baş verir və əksinə, aşağı təzyiqi olan xəstələr nəzarətsiz yüksək təzyiqlə xəstəxananı tərk edirlər”, – Şuquşev əlavə edib.
O, yüksək təzyiqin damar divarının funksiyasının pozulmasına səbəb ola biləcəyinə aydınlıq gətirib. Keçirilmiş koronavirusdan sonra bu proses bir neçə həftə ərzində baş verə bilər, halbuki əvvəllər bunun üçün bir neçə il lazım gəlirdi. Bundan başqa hipertoniya insult və infarkt riskini artırır.
Koviddən sonra təzyiqin dezadaptasiyası virusun insanın sinir sisteminə təsir etməsi səbəbindən baş verir. Eyni problemə görə xəstələr qoxu hissini itirirlər.