Koronavirusdan qorunmaq üçün bunları edin – TÖVSİYYƏbackend

Koronavirusdan qorunmaq üçün bunları edin – TÖVSİYYƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterbuqrqda yaşayan soydaşımız, dietoloq-nutrioloq Nərminə Mahmudovanın Saqlamheyat.az-a müsahibəsini təqdim edirik:

– Koronavirus bütün bəşəriyyəti təhdid edir. Sizcə, hansı yaş qrupları üçün bu virus daha təhlükəlidir?

– Koronavirus əsasən yaşlı və bununla yanaşı xroniki xəstəlikləri olan insanlar üçün daha təhlükəlidir. Buna görə, onların pəhrizində kifayət qədər protein, vitaminlər üstünlük təşkil etməli, daha çox maye qəbul edilməlidir. Yaşlı insanlara qırmızı ətdən tez-tez istifadə etmək tövsiyə edilmir, lakin həftədə bir-iki dəfə rasionlarında olmalıdır. Buna görə balıq, dəniz məhsulları, quş əti, süd məhsulları dietdə yer almalıdır.

– Qidalardan söz düşmüşkən. Əsasən hansı qidalara üstünlük verilməlidir?

– Konservləşdirilmiş qidalardan birmənalı imtina edilməlidir. Çünki bu cür qidaların tərkibində orqanizmi gücləndirəcək və xəstəliklərdən qoruyacaq vitaminlər yoxdur. Gündəlik qidalanmada tərəvəzlərdən, meyvələrdən, süd məhsullarından və mayedən istifadə edilməlidir. Bundan əlavə, qızardılmış və fast food qidaların istifadə minimuma endirilməlidir.

– Ət məhsulları seçimi zamanı nələrə diqqət edilməlidir?

– Heyvan mənşəli qidalardan toyuq, hinduşka, bildirçin və mal ətini məsləhət görürəm. Çünki, heyvan mənşəli qidalar zülalla daha zəngin olduğuna görə, bu qidalar immun sisteminin güclənməsinə yardımcı olur.

– Bitki mənşəli qidalar haqqında nə deyə bilərsiniz?

– Şübhəsiz bitki mənşəli qidalardan istifadə etmək lazımdır. Lakin unutmaq lazım deyil ki, heyvan mənşəli qidaların tərkibindəki zülal immun sisteminin güclənməsinə daha yaxşı təsir göstərir.

– Vitamin qəbulu necə, məsləhət görülürmü?

– Əlbətdəki, orqanizmə antioksidantlar lazımdır. Hüceyrələri virusun zərərli patogen faktorlarından qorumaq üçün hərşeydən öncə orqanizmdə C vitamininin miqdarı yüksək səviyyədə olmalıdır, bu da gün ərzində 1,5 qram təşkil edir. Kələm, tərəvəzlər və meyvələr C vitamini ilə zəngindir. Mütləq sink də vacibdir. Taxıllarda və toyuq ətində də sink vardır. Həmçinin dəniz məhsulları da sinklə zəngindir. Bu da öz növbəsində immunitetin güclənməsinə, xəstəliklərlə mübarizə aparmasına kömək olur. A vitaminini isə rafiinə olunmamış bitki yağlarından almaq olur. Bu təkcə zeytun yağında deyil, həmçinin kətan yağında da var. Kətan yağı Omeqa 3 ilə də zəngindir. Ayrıca fikrimcə pəhrizdə B vitamini olan qidalar üstünlük təşkil etməlidir. Bunlar taxıl, tərəvəz və meyvələrdə olur. Təkcə qidalar deyil, digər vacib qaydalara da riayət olunmalıdır. Daha çox təmiz havada olmaq, gigiyenik qaydalara əməl etmək və stresdən uzaq olmaq lazımdır.