Koronavirusdan ölənlərin sayı niyə artır? – Açıqlamabackend

Koronavirusdan ölənlərin sayı niyə artır? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkədə həm koronavirusa yoluxanların, həm də virusdan dünyasını dəyişənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusən də virusdan dünyasını dəyişənlərin sayında sürətli artım olması narahatlıq doğurmağa başlayıb.

Martın 24-nə olan məlumata görə, ölkədə 1185 yeni yoluxma olub, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfərin dünyasını dəyişib. Halbuki fevral ayının sonları, martın əvvələrində ölkədə virusdan dünyasını dəyişənlərin sayı orta hesabla 2-8 nəfər arasında dəyişirdi. Amma Novruz bayramı günləri ərəfəsində bu say yenidən artmağa başladı:martın 16-da 12 nəfər, 17-də 9 nəfər, 18-də 7 nəfər, 19-da 11 nəfər, 20-də 14 nəfər, 21-də 12 nəfər, 22-də 15 nəfər, 23-də 18 nəfər, 24-də 20 nəfər.

Bəs son günlərdə koronavirusa yoluxan şəxslər arasında ölüm faktlarının artmasına səbəbi nədir?
TİA.AZ xəbər verir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla  danışıb:
“Hazırda virusa yoluxanların arasında ölənlərin sayı artmağa başlayıb. Bu onunla bağlıdır ki, insanlar xəstəliyə laqeyd yanaşır. Təssüf ki, bir çox hallarda müraciətlər də gec olur. Ona görə də virusun simptomları hiss olunarsa, vaxtında həkimə müraciət etmək lazımdır. Xəstəliyin üzərinə vaxtında düşəndə nəticə də başqa olur. Lakin təəssüflər olsun ki, bu məsələdə insanlar məsuliyyətsiz, laqeyd yanaşma nümayiş etdirir, sonda ağır nəticələr baş verir. Hesab edirəm ki, insanların maarifləndirmə işinə ciddi diqqət edilməlidir. Bu məsələ ilə bağlı telekanallarda mütəmadi məlumatlar verilməlidir”.
Xatırladaq ki, bu günə qədər Azərbaycanda ümumilikdə 249 min nəfərdə koronavirus aşkarlanıb ki, onlardan 3 404 nəfəri dünyasını dəyişib. 234 min nəfər isə xəstəliyə qalib gələrək, sağalıb.