Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar – Ölüdən virus keçirmi?backend

Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar – Ölüdən virus keçirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, bütün dünyada və Azərbaycanda xəstəxanalarda koronavirusdan vəfat edənləri yuyub kəfənləmək üçün evə və dini qurumlara göndərmir, bu prosedurlar elə xəstəxanada yerinə yertirilir.

Meyit xüsusi maddə ilə işlənir, ailəsinə xüsusi qaydalarla təhvil verilir və meyitin evə qaldırılmasına, vida mərasiminin keçirilməsinə icazə verilmir.

TİA.AZ xəbər verir ki, virusdan ölənin bədənindən canlı adamlara koronanın ötürülüb-ötürülməməsi sualının bu günə qədər dəqiq cavabı yoxdur.
ÜST tövsiyələrində bildirilir ki, vəfat edənlərin meyiti yoluxma üçün təhlükə yaratmır.

Lakin bir çox alimlər virusun yenicə rəhmətə gedənin bədənində, selikli qişalarında hələ bir müddət yaşadığını və ona toxunan insanlara keçə biləcəyini deyir.

Rusiyanın mikrobilologiya üzrə professoru Kamilə Mustafina deyib ki, ölümdən sonrakı ilk 2 sutkada bədənin səthindən və meyitin ağciyərlərindən ağız boşluğuna selik və su gəlməsini nəzərə alsaq, canlkı təmasdan yoluxma ola bilər.

“Virus aşağı hərarəti, nəmişliyi, rütubəti, təri sevir, ona görə bir müddət bədəndə canlı qala bilər. Xüsusən təhlükə meyiti yaran patoloqanatomlar və təmizlik işçiləri üçün var.

Əgər meyitə vəfat edənin yaxınları hansısa yolla açıb toxunursa, xüsusən ağız, burun hissəsi, bədən səthindəki nəm rütubət və s. yoluxma ola bilər. Ona görə meyiti xüsusi qoruyucu geyimdə olan sanitar işçilər dəfn etməlidir.

Lakin meyit 2-3 sutka qaldıqca təbii ki,orda virusun da ölümü baş verir. Müəyyən müddət sonra meyit ətrafdakılar üçün təhlükə yaratmır. Meyit dəfn olunduğu torpağa virusu keçimir”.

Qeyd edək ki, Avropa və Rusiyada koronavirus xəstələrini dəfn edənlər arasında yoluxma halları həkimlərdən az deyildi. /medicina.az