KORONAVİRUSA YOLUXMUŞ HƏKİM SAĞALDI: “HAMINIZA TƏŞƏKKÜR EDİRƏM”backend

KORONAVİRUSA YOLUXMUŞ HƏKİM SAĞALDI: “HAMINIZA TƏŞƏKKÜR EDİRƏM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən günlərdə xəbər vermişdik ki, 6 aydan çoxdur Cənub bölgəsində koronavirusa qarşı mübarizədə aktiv iştirak edən həkim-reanimatoloq Elçin Həmzalıoğlu koronavirusa yoluxub. Onun ilk günlər vəziyyətinin ağırlaşdığı, habelə durumun çox pis olduğu bildirilirdi. TİA.AZ xəbər verir ki, bir müddət ağır vəziyyətdə olan həkimin ötən günlərdə özünə gəldiyi və səhhətinin yaxşılığa doğru getdiyi bəlli olub.
Həkim Elçin Həmzalıoğlu bu gün Facebook hesabında vəziyyəti ilə bağlı açıqlama da yayıb: “Salam mənim Əzizilərim! Dostlarım, Qardaş və Bacılarım! Məni bu çətin günlərimdə, ölümlə üz-üzə qaldığım zamanlarda tək qoymadınız. Həkimlərimizin müalicəsi, sizin dularızın sayəsində, Allahın izni ilə ayaqdayam. İndi müalicəmi evdə davam etdirirəm. Nə yaxşı ki, varsınız. Hər kəsə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Allah sizləri qorusun!”
Xatırladaq ki, həkim Elçin Həmzalıoğlu yanvar ayından bəri Masallı və Astara xəstəxanalarında koronavirusa yoluxmuş xəstələrin birbaşa müalicəsində həkim-reanimatoloq kimi iştirak edib.