Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Koronavirusa yoluxanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1855 yeni yoluxma faktı qeydə alınıb, 2199 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

Ölkdə ümumilikdə 550446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 511400 nəfər müalicə olunaraq sağalıb, 7320 nəfər vəfat edib, aktiv xəstə sayı 31726 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 002, ötən müddət ərzində isə ümumilikdə 5301252 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 11197 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3376, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 5752 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9928 938, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 999 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4438447, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 490878 təşkil edir.