Koronavirusa yoluxanların sayı AÇIQLANDIbackend

Koronavirusa yoluxanların sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb,9 741 nəfər vəfat edib, aktiv xəstə sayı 2 103 nəfərdir.

Ölkədə son sutka ərzində 3543, hazırkı dövrədək isə 7 033 280 test aparılıb.