Koronavirusa yoluxan prezidentlər, vəzifəli şəxslər və deputatlarbackend

Koronavirusa yoluxan prezidentlər, vəzifəli şəxslər və deputatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa təkcə sadə vətəndaşlar deyil, hətta bəzi ölkə başçıları və yüksək rütbəli məmurlar da yoluxublar.

 

Koronavirusa təkcə sadə vətəndaşlar deyil, hətta bəzi ölkə başçıları və yüksək rütbəli məmurlar, deputatlar  da yoluxublar.

 

TİA.AZ  “Ölkə.Az”a  istinadən  xəbər verir ki, Monqolustan prezidenti Xaltmaqiyn Battulqa  koronovirusla bağlı nəzarətə götürülüb. O hazırda karantindədir.

 

Karantinə Çindən səfərdən qayıdan Monqolustan prezidenti yox, eyni zamanda  onun ailə üzvləri və onu səfərdə müşaiyət edən bütün dövlə rəsmiləri, həmçinin  nümayəndə heyətinin digər üzvləri də yerləşdirilib.

 

Hətta Monqolustanın Xarici işlər naziri Damdinoom Çoqtbaatar da 14 gün karantində olacaq. Odur ki, Monqoulstan prezidenti və nazirləri 14 günü karantində keçirməli olacaqlar.

 

Qeyd edək ki, Monqolustan prezidenti Çindən səfərdən fevralın 27-də qayıdıb. Monqolustan prezidenti Çinə səfəri zamanı sərd Si Çzinpinlə görüşüb və bu ölkəyə koronavirsula mübarizə məqsədi ilə 30 min baş qoyun hədiyyə edib.

 

Monqolustandan başqa İranın  qadın və ailə məsələləri üzrə vitse-prezidenti Məsumə Ebtekarın da koronavirusa yolxuduğu barədə  məlumatlar yayılıb. İranda bundan başqa digər məsul şəxslərin, hətta deputatların da koronavirusa yoluxduğu deyilir.

 

Ümumiyyətlə dünyada  84 minə yaxın insan koronavirusa yoluxub ki, onun 3 minə yaxını dünyasını dəyişib. 37 minə yaxın virusa yoluxan isə sağalıb. Hazırda COVİD-19  öldürücü koronavirusu dünyanın  50-dən artıq ölkəsində yayılıb.