Koronavirusa yoluxan jurnalist: “Durumumuz pisləşir, nə həkim var, nə də dərman verilirbackend

Koronavirusa yoluxan jurnalist: “Durumumuz pisləşir, nə həkim var, nə də dərman verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi tanınmış jurnalis Müşviq Abdulla, həyat yoldaşı və bacısı koronavirusa yoluxub.
Gununsesi.org-un xəbərinə görə, jurnalist özünün sosial şəbəkə hesabında son durumları haqqında yazıb.
Onun qeydlərini təqdim edirik:
Məni, bacımı və həyat yoldaşımı aldatdılar ki, sizi xəstəxanaya aparırıq. Təcili yardım maşını bizi Atletlər kəndindəki karantinə yerləşdirib qacdı. İndi bizi buraxmırlar. Burda isə nə həkim var, nə də dərman. Şəxsiyyət vəsiqələrimizi alıb, çıxmaga icazə vermirlər. Vəziyyətimiz isə getdikcə ağırlaşır. Deyirlər ki, TƏBİB-in icazəsi olmadan hec yerə gedə bilməzsiniz.