Koronavirusa yoluxan azərbaycanlı nazir sağaldı (RƏSMİ)backend

Koronavirusa yoluxan azərbaycanlı nazir sağaldı (RƏSMİ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mədəniyyət naziri Anar Kərimovun səhhəti ilə artıq yaxşıdır”.
Bu barədə açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.
O bildirib ki, nazir yenidən COVID-19 testi verib və nəticəsi neqativ çıxıb:
“Anar Kərimovun səhhəti ilə bağlı hər şey qaydasındadır. Karantin müddəti bu həftənin sonu bitir. Gələn həftədən nazirin işə çıxması nəzərdə tutulur”.
Xatırladaq ki, aprelin 16-da Anar Kərimovun koronavirus testinin nəticəsi pozitiv olmuşdu.