Koronavirusa qarşı effektiv vaksin tapıldıbackend

Koronavirusa qarşı effektiv vaksin tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çin hakimiyyəti tezliklə koronavirus epidemiyasının başa çatacağına əmindir.
TİA.AZ“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Çinin Moskvadakı səfiri Çjan Hanhui bildirib.

“Ümid edirik ki, epidemiya mərkəzindən başqa (Hubey əyaləti) qalan əyalət və şəhərlərdə bu ayın sonunadək normal asayiş bərpa ediləcək. Əksər vilayət və şəhərlərdə ardıcıl olaraq 18 gündür infeksiyaların azalması müşahidə olunur”, – səfir deyib.

Diplomatın sözlərinə görə, Çin alimləri artıq koronavirusa qarşı effektiv peyvənd hazırlayıblar, lakin hələ də onun təkmilləşdirilməsinə ehtiyac duyulur.