“Koronavirus yayda bitəcək” nəzəriyyəsi alt-üst oldu-TƏCRÜBƏ-VİDEObackend

“Koronavirus yayda bitəcək” nəzəriyyəsi alt-üst oldu-TƏCRÜBƏ-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransızların koronavirus üzərində apardığı təcrübələrdə virusun yüksək tempraturda uzun müddət yaşaya biləcəyi ortaya çıxıb.

Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, dünyaya təsir edən koronavirus (Kovid-19) pandemiyası ilə mübarizə bütün dünyada davam edərkən, fransız elm adamları tərəfindən yeni təcrübənin nəticələri açıqlanıb. Fransanın “Aix-Marseille” Universiteti Tibb Fakültəsində virusologiya, biotexnologiya, genetika və molekulyar biologiya ilə bağlı tədqiqatlar aparan Boris Pastorino və onun komandası koronavirusla bağlı 10 ayrı təcrübə aparıblar.

Təcrübələrdən belə nəticəyə gəlinib ki, koronavirusun infeksionluğu 30 və 60 dərəcədə dəqiq azalıb, lakin ölməyib. Tədqiqat nəticəsində virusun 15 dəqiqə 92 dərəcədə yaşaya biləcəyi və sonra təsirini tamamilə itirdiyi bildirilib.

Nəticələrinin rəsmi olması üçün hakimin təsdiqini gözlədiklərini söyləyən Pastorino, “Laboratoriyada koronavirus üzərində işləyən işçilərin təhlükəsizliyi üçün protokol böyük kömək edəcək” deyib.