“Koronavirus yarasalardan yox, ilanlardan keçib” – Çinli alimlərbackend

“Koronavirus yarasalardan yox, ilanlardan keçib” – Çinli alimlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli alimlər sürətlə yayılmağa başlayan koronavirusun məhz ilanlardan keçmə ehtimalının yüksək olduğunu bildiriblər.

TİA.AZ “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bu barədə “Medical Virology” jurnalında dərc olunan məqalədə deyilir.

Araşdırmaya görə, Çinin Vuhan şəhərində xəstəxanaya yerləşdirilən ilk xəstələrin çoxunun dəniz məhsullarının topdan satışı bazarının işçiləri və ya müştəriləri olduğu diqqət çəkib. Vuhanda satılan ilanların vəhşi təbiətdə yarasa ilə bəsləndiyi qeyd edilib.

Xatırladaq ki, indiyədək koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 25 nəfərə çatıb.


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/