Koronavirus qadınlarda sonsuzluq yaradır? – Mama-ginekoloqbackend

Koronavirus qadınlarda sonsuzluq yaradır? – Mama-ginekoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Reproduktiv dövrdə COVİD keçirən qadınlarda sonsuzluq yaranması haqqında məlumat hələ sübut olunmayıb”.
Bunu açıqlamasında mama-ginekoloq Vüsalə Ağabalayeva COVİD-in sonsuzluq yaratmasından danışarkən deyib. Həkimin bildirdiyinə görə, COVİD ölümlə nəticələnirsə, reproduktiv dövrdə olan qadınlarda sonsuzluq yaratmaq ehtimalı da çoxdur:
“Bu 15 yaşdan 45 yaşa qədər olan qadınlarda müşahidə oluna bilər. Əgər bu müddət ərzində qadın COVİD-i ağır keçirdərsə, belə qadınlarda sonsuzluq yaranması ehtimalı var. Amma bunun sübut olunması lazımdır”.
Qeyd edək ki, Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov mətbuata açıqlamasında “koronavirus sonsuzluq yaradır” deyə bildirib.