“Koronavirus mənə yaxın gəlmədi, çünki mən onun “klient”i deyiləm — Ağacan Abıyevbackend

“Koronavirus mənə yaxın gəlmədi, çünki mən onun “klient”i deyiləm — Ağacan Abıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus mənə yaxın gəlmədi, çünki mən onun “klient”i deyiləm. İkinci tərəfdən də, gərək sağlamlığını qoruyursan. Yəni, bu, çətin də deyil, dərman zadda lazım deyil.  Heç mən peyvənd olunmadım da… Deyəsən, uşaqlarla bir dəfə mən də peyvənd vurdurdum. Koronavirus peyvəndi 1 dəfə, 2 dəfə vurulması ilə deyil. Peyvənd boş şey deyil, bəzi insanlara, xəstəlik səviyyəsi yüksək olanlara  lazımdır”.   

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, Azərbaycan Bədən tərbiyəsi və idman Akademiyasının keçmiş rektoru Ağacan Abıyev deyib. O, bildirib ki, insan istənilən yaşda bədən tərbiyəsi və idmanla məşğul olmalıdır:

“Mən səhər idman etməsəm, onda idmançı olmaram. İdmanı gərək cavan olanda edim? İdmanı edirsən ki, sağlamlığın yerində olsun. Bununla sağlamlığını qoruyursan. Ona görə də, çalışmaq lazımdır ki, yaşından asılı olmayaraq, bədən tərbiyəsi və idmanlar məşğul olasan. Sözsüz ki, koronavirus camaatın başına oyun açdı. Amma gələcəkdə insanlar üçün yol açdı ki, “çox atlanıb-düşməyin, görürsünüz nələr olur?” Yəni, hər zaman sağlamlığın haqqında fikirləş. Hər zaman bədən tərbiyəsi və idmanla məşğul olun ki, sağlamlığınız qorunsun. Koronavirus insanlara dərs oldu. Pandemiya vaxtı mən qapalı yerdə öz idmanımı edirdim. İdmanı düzgün edirsənsə, o, sağlamlığın rəhnidir. Necə deyərlər, sağlamlığın əsasıdır. Koronavirus gəldi ki, saat 10-a kimi yatmayasınız, gecə 1-ə qədər nərd oynamayısınız. Hər şeyin vaxtı, vədəsi var. İstəyirsən ki, Allah sənə kömək eləsin, icazə verib də… Yaşayın da… İdman həkimləri deyir ki, uzun müddət sağlam olmaq istəyirsənsə, bədəninə kömək elə, əndamına kömək elə. Necə? Çalış ki, gecə saat 1-ə 2-yə qədər oyaq olma. Əgər sən, ayda 10-15 gün gecə saat 2-yə qədər yatmırsansa, götür ipi özünü as özünü öldür də… Mən özüm əməl edirəm”.

Allaha inamının olduğunu söyləyən A.Abıyev, insanın da hərəkətdə olmasını vacib sayır:

“Çalışmaq lazımdır ki, sənin bədənin zamana görə hazır olsun. Allaha inanıram. Bir deyim var, Tanrı mənə ömür vermədi ki, özünü get sement maşının altına at. Allahdan uzun ömür, cansağlığı istəyirlər. Həmin adamlara deyirəm: “Sən özün hərəkət eləmisən?” Əvvəl özün bir şey et, sonra xahiş et ki, yerinə yetirsinlər”.