Koronavirus marketlərdə BELƏ YAYILIR – VİDEObackend

Koronavirus marketlərdə BELƏ YAYILIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın Aalto Universiteti koronavirusun marketdə necə yayıldığını göstərən 3D simulyasiyası hazırlayıb.

Çində başlayan və bütün dünyaya yayılan koronavirus infeksiyasının yayılma sürətinin digər xəstəliklərə görə yüksək olduğu dəfələrlə mütəxəssislər tərəfindən qeyd olunub. Bu səbəbdən də insanlardan evdə qalmaq, maska taxmaq və sosial məsafəni qorumaq tələb olunur.

Finlandiyalı mütəxəssislər koronavirusun öskürək vasitəsilə market və market tipli məkanlarda necə yayılmasını araşdırıblar. Sonra isə daha anlaşıqlı olması üçün bu araşdırmanın 3D simulasiyasını yaradıblar.

Marketdə öskürək zamanı koronavirus necə yayılır? Həmin görüntüləri təqdim edirik: