“Koronavirus kəlməsini birdəfəlik unutmalıyıq, adamları qorxudurlar” – Professordan etirazbackend

“Koronavirus kəlməsini birdəfəlik unutmalıyıq, adamları qorxudurlar” – Professordan etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azca temperaturu olan, çox işləyəməkdən yorulub əzələləri, oynaqları, qarnı, başı, bədəni ağrayan, halsızlaşan, ishal, hətta qəbz olanlar belə özünü koronavirus xəstəsi hesab edir”.
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
Onun fikrincə, COVİD-19-a yoluxmaq qorxusu insanların beyninə yeridilib:
“Məgər artıq yer üzündə digər xəstəlik və patoloji proses, koronavirusdan başqa viral infeksiya və ya patogen bir virus yoxdu? Axı, bütün şərti və şərtsiz patogen virusları bir-birinə calamaq mümkün olsaydı, onun uzunluğu 100 milyon işıq ili olardı. Digər məqam odur ki, hətta ÜST-ün bəzi “başbilənləri” COVİD-19 çıxandan sonra, hətta qripin 98% azaldığını söyləyir. Vallah ayıbdır. Ölüm isə haqdır, odur ki, yalnız şəxsi gigiyenik qaydalara əməl edərək, gündəlik normal həyatı yaşamaq lazımdır”.
Mütəxəssis qeyd edib ki, insanlar məhdud hallarda – zərurət yaranarsa, maskadan istifadə etməlidir:

“Eyni zamanda sosial məsafəyə, peyvəndləmə kampaniyasına əməl etmək önəmlidir. Stress, gərginlik və ruhi sarsıntıya səbəb olan “koronavirus” kəlməsini isə birdəfəlik unutmalıyıq”.