Koronavirus epidemiyası sona çatır? – ÜST AÇIQLADIbackend

Koronavirus epidemiyası sona çatır? – ÜST AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirus epidemiyasının sonunun yaxınlaşdığını açıqlayan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik can itkisinin 2020-ci ilin martından bəri ən aşağı səviyyəyə çatdığını açıqlayıb.
TİA.AZ xəbər verir ki, ÜST-nin baş direktoru Dr. Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında Covid-19 və meymunçiçəyi epidemiyaları haqda məlumat verib.
Keçən həftə Covid-19 səbəbiylə qlobal itkilərin 2020-ci ilin martından bəri ən aşağı səviyyədə olduğunu vurğulayan Qebreyesus deyib ki, epidemiyanın sonu görünür:
 “Epidemiyanı sona çatdırmaq üçün heç vaxt indiki qədər yaxşı vəziyyətdə olmamışıq. Sonu görürük, amma hələ də orada deyilik. Bu vəziyyətdə edə biləcəyimiz ən pis şey dayanmaqdır. Biz daha sürətli qaçıb sona çatmalıyıq. İndi bu fürsətdən istifadə etməsək, daha çox yeni variantlar, ölüm və rislərlə üzləşə bilərik”.
O, Covid-19 və meymunçiçəyi epidemiyaları ilə bağlı bütün ölkələri mübarizələri davam etirməyə çağırıb.