Koronavirus daha bir məhsulu BAHALAŞDIRDIbackend

Koronavirus daha bir məhsulu BAHALAŞDIRDI

Koronavirus pandemiyası səbəbilə tətbiq edilən karantin rejimi dünyada qəhvə qiymətlərinin artmasına səbəb olub.

TİA.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə CNBC yazıb. Restoran, kafe və qəhvə dükanlarının bağlanması, insanların kütləvi şəkildə evdən işləməsi səbəbi ilə qəhvə satışları yüksəlib.

Qəhvə həvəskarlarının çoxu bu ləziz içkini evdə hazırlamağa başlayıb. Nəticədə Nyu-Yorkdakı hərracda “Arabica” çeşidinin fyuçersləri yüksəlib, mart ayında 15 faiz artaraq 1 funt üçün 1,2 dollara çatıb.

“İnsanlar mətbəx şkaflarını məhsullarla doldururlar, lakin yenə supermarketlərə getməyə davam edirlər”, – deyə “Marex Spectron” broker şirkəti açıqlama yayıb.

Daha əvvəl bildirilirdi ki, koronavirus pandemiyası qlobal şokolad sənayesinə mənfi təsir göstərib. Dünyada məhsulun əsas istehlakçısı hesab olunan Şimali Amerika, Asiya və Avropada şokolada tələbat kəskin şəkildə azalıb. Bu da istehsalçıları emal həcmini azaltmağa məcbur edir.

Dünyanın bir çox ölkələrində isə zəncəfilin qiymətində kəskin artım müşahidə olunur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az