KORONAVİRUS: Cavabı tapılmayan 9 sualbackend

KORONAVİRUS: Cavabı tapılmayan 9 sual

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tip koronavirusun yayılmasından bəri sadəcə üç aydan bir az çox müddət keçib. Bütün dünyada elm adamları müstəsna əmək sərf etsələr də, hələ virusla əlaqədar cavabları məlum olmayan çox sual var. Koronavirusla əlaqədar hələ də cavabları axtarılan suallar bunlardır:

1. Yoluxanların sayı nə qədərdir?

Ən sadə, ancaq ən vacib suallardan biri budur.

Dünya üzrə koronavirus infeksiyasına yoluxanların aşkar edilən sayı yarım milyonu keçib, ancaq bu həqiqi rəqəmin əslində çox kiçik hissəsidir.

Digər tərəfdən, virusun daşıyıcısı olan, amma xəstəlik əlamətləri özünü göstərməyən insanların sayının məlum olmaması vəziyyəti daha da qarışıq edir. Antitel testinin inkişafından sonra kimlərin virusun daşıyıcısı olub-olmadığı məlum olacaq. Ancaq bundan sonra virusun nə qədər geniş kütləyə və nə qədər sürətlə yayıldığı məlum olacaq.

2. Virus nə qədər ölümcüldür?

Dünya üzrə həqiqi yoluxanların sayını bilmədən ölümlərin sayını da müəyyən etmək mümkün deyil. Hazırkı hesablamalara görə, virusa yoluxanların bir faizi ölüb. Ancaq xəstəlik əlamətlərini biruzə verməyən insanların sayının çox olması ilə ölüm faizi daha aşağı səviyyələrə enə bilər.

3. Əlamətləri nələrdir?

Koronavirusun başlıca əlamətləri hərarət və quru öskürəkdir. Əsas olaraq bu iki şikayətin olub-olmaması yaxından izlənilir.

Bu əlamətlərlə yanaşı bəzi xəstələrdə boğaz, baş ağrısı və ishal kimi şikayətlər də olur. Hətta bəzi insanların qoxu və dad bilmə hisslərini itirməsi də virus əlamətlərindən sayılır.

Ancaq ən vacib sual burun axması və asqırmaq kimi yüngül zökəmə bənzər əlamətlərin Covid-19-a aid olub-olmamasıdır. Bəzi Covid-19 xəstələrində burun axması və boğaz ağrısı ilə yanaşı, asqırmaq əlamətləri də müşahidə olunur.

Aparılan araşdırmalar zökəm olduğunu hesab edərək lazimi tədbirlər görməyən insanların virusun yayılmasında bilməyərəkdən iştirak etdiklərini göstərir.

4.Virusun yayılmasında uşaqların rolu nədir?

Uşaqların da koronavirusa oluxması mümkündür. Ancaq uşaqların əksəriyyəti xəstəliyi yüngül keçirir və digər yaş qruplarına nisbətən ən aşağı ölüm faizi uşaqlarda müəyyən olunub. Uşaqlar daha çox park, məktəb, gəzinti yerləri kimi məkanlarda daha çox ünsiyyətdə olduqlarından bu kimi viruslar üçün superyayıcı olurlar.

Ancaq yeni tip koronavirusun yayılmasında uşaqların hansı rol oynaması hələki müəyyən olunmayıb.

5. Virusun qaynağı nədir?

Virus 2019-cu ilin sonunda Çinin Vuhan şəhərində aşkarlandı. Şəhərdəki yoluxma hallarının canlı heyvan bazarından yayıldığı müəyyən edildi.

Rəsmi olaraq Sars-CoV-2 olaraq adlandırılan yeni tip koronavirus yarasalarda olan viruslara bənzəyir.

Ancaq virusun yarasadan hələ ki, məlum olmayan bir və ya bir neçə heyvan növünə keçdiyi və onlardan da insanlara yoluxduğu düşünülür.

Bu yayılma zəncirində əskik olan halqa hələ ki, tamamlanmayıb və zəncir gələcəkdə başqa virusun yayılmasında da rol oynaya bilər.

6. Yay aylarında virus səngiyəcəkmi?

Qrip və zökəm qış aylarında yaya nisbətən daha çox olur. Ancaq havaların isinməsinin koronavirusun yayılma sürətinə təsir edib-etməyəcəyi hələki bilinmir.

İngiltərə hökumətinin elm məsləhətçiləri virusun yayılmasında fəsillərin təsirinin dəqiqləşmədiyini bildiriblər. Havaların isinməsinin virusun yayılma sürətini aşağı salacağı ehtimal edilsə də, bunun qrip və zökəmə nisbətən daha az sürətlə olması gözlənilir.

Yay aylarında koronavirusun yayılmasının azalması gözlənilsə də, havalar yenidən soyumağa başlayanda yoluxmaların sürətlə artacağı da ehtimal edilir.

7. Niyə bəziləri xəstəliyi daha ağır keçirir?

Virusa yoluxanların əksəriyyəti Covid-19-u yüngül şəkildə keçirir. Ancaq yoluxanların 20 faizi ciddi problemlərlə üzləşirlər. Bunun səbəbi hələki məlum deyil.

Ancaq burada insanların immun sistemlərinin davamlılığı və genetik faktorların rol oynadığı ehtimal olunur. Bu vəziyyətin səbəblərinin tam təyin edilməsi, xəstənin reanimasiyaya qoyulması ağırlaşma halının qarşısının alınması üçün ilk adddım kimi müəyyən olunub.

8. Virusa yenidən yoluxma ehtimalı varmı?

Virusa qarşı orqanizmin immunitetinin nə qədər müddət davam gətirəcəyi haqqında çoxlu fikirlər olsa da, çox az dəqiq məlumat var.

Virusa yoluxub və sonradan sağalan insanlar immunitet qazanmalıdır. Ancaq Covid-19-un aşkarlandığından çox az zaman keçdiyindən bu virusa qarşı immunitetin nə qədər müddət tələb etdiyi haqqında məlumat yoxdur. Xəstəliyin ikinci dəfə aşkarlandığı deyilən xəstələrdə virusdan xilas olduqlarını göstərən test nəticələrinin düzgün olmamaq ehtimalı olduğu deyilir.

9. Virus mutasiya edirmi?

Viruslar həmişə mutasiyaya uğrayırlar. Onların genetik kodlarında əmələ gələn dəyişiklərin əksəriyyəti əhəmiyyətli hesab edilmir.

Ümumi anlayış virusların uzun müddətdə daha az ölümcül olması barədədir, ancaq bu da təsdiqlənmiş deyil.

Virusun mutasiya etməsindən sonra qripdə olduğu kimi orqanizmin artıq bu virusu tanımaması və yenidən yoluxmalara səbəb olacağı ehtimalı da var. (BBC)