Koronavirus bu tarixdə BİTƏCƏKbackend

Koronavirus bu tarixdə BİTƏCƏK

Türkiyə Səhiyyə Nazirliyinin yanında Koronavirus Elmi Qurumunun üzvü, professor Tövfiq Özlü yeni tip virusla bağlı hər kəsin maraqlandığı 3 sualı cavablandırıb.

TİA.AZ publika.az istinadən həmin sualları cavabları ilə birlikdə təqdim edir.

Sual 1: Hər il dünyada qripdən minlərlə insan ölür. Koronavirusla mübarizə istiqamətində görülən tədbirlər niyə qrip üçün də keçərli deyil?

Cavab: Dünyada insanların qrip səbəbilə öldüyü doğrudur, amma aradakı fərq çox böyükdür. Qripdə ölüm faizi 10 mində 5 nəfərdir. Halbuki, koronada dünyasını dəyişənlər 4% təşkil edir. Yəni qriplə koronavirus arasındakı ölüm faizi üzərindən baxıldıqda, arada 100 qat fərq var.

Sual 2: Koronavirus yoluxduğu insanlarda fərqli təsir buraxır. Bəzən yaşlı insan xəstəliyi yüngül keçirir, bəzən gənc ölür. Bu durumun orqanizmin güclü və ya zəif olmasından, yaxud xroniki xəstəliklərdən başqa digər səbəbi varmı?

Cavab: Bəli, var. Buna “virus kəskinliyi” deyilir.

Korona insanlara olduqları məkan və ya təmasa görə fərqli dozada yoluxa bilir. Virusa kəskin məruz qalanlar xəstəliyi ağır keçirir.

Sual 3: Pandemiya nə zaman bitə bilər?

Cavab: Bunun üçün konkret söz demək mümkün deyil. Amma ümid vermək anlamında bir sıra məlumatlardan söz aça bilərik. Virus epidemiyaları şimal yarımkürəsində adətən oktyabr-iyun aylarında olur. Koronanın yüngül versiyaları üçün də bu, keçərlidir. Koronavirus 2003-cü ildəki SARS virusu ilə böyük bənzərliyə sahibdir. SARS o zaman iyunun sonu, iyulun əvvəlində bitmişdi. Bənzər ümid koronavirus üçün də müzakirə mövzusudur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki