Koronavirus bu tarixdə bitəcək – Məşhur astroloq AÇIQLADIbackend

Koronavirus bu tarixdə bitəcək – Məşhur astroloq AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə astrologiya kollegiyasının prezidenti Bernard Fitzvalter koronavirus böhranının nə zaman bitəcəyi haqqında xüsusi proqnoz verib.

TİA.AZ publika.az-a istinadən xəbər verir ki, nüfuzlu ingilis münəcciminin proqnozlarını hətta bütün ömrü boyu ulduz fallarına şübhə ilə yanaşanlar da maraqla gözləyir.

– Dünyada niyə belə bir böhran baş verdi?

– Bütün bunlar Saturn-Pluton dövriyyəsi ilə əlaqədardır: 1914, 1947, 1882-ci illərdə idi və 2020-də yenidən gəldi. Maraqlıdır ki, 1914-cü ildən sonra İspan qripi epidemiyası baş verdi; 1947-ci ildən sonra Yer kürəsində bir çox yerdə poliomielit epidemiyası baş verdi; 1982-ci ildə ilk dəfə HİV/AİDS-lə qarşılaşdıq, indi isə koronavirus meydana çıxdı.

– Koronavirus pandemiyası nə vaxt bitəcək?

– Bəlkə yayda. Hazırda Mars alternativ olaraq Yupiter, Pluton və Saturnun yanından keçir və hər biri vəziyyəti daha da ağırlaşdırır. Bundan əlavə, Yupiter aprelin 5-də Plutona yaxınlaşır – onda dörd planetin hamısı bir-birinə çox sıx dayanacaq.

May – iyun aylarında planetlər bir az aralanmağa başlayacaq. Avqust – sentyabrda virusu dəf etmək üçün yeni tədbirlər tətbiq etməyə başlayacağıq. İlin sonunda Yupiter-Saturn-Pluton ilkin yerinə qayıdacaq. Lakin bu dəfə planetlər o qədər də sıx olmayacaq və biz buna hazır olacağıq.

Düşünürəm ki, 2021-ci ilin əvvəlində hər şey bitəcək, həyatımızı yenidən qurmağa başlayacağıq. 2021-ci il çətin və stresli olsa da, dünya bərpa olunacaq! 2022-ci il daha əyləncəli, asan və oynaq olacaq. Gəlin belə ümid edək!