Koronavirus bəlası BU TARİXDƏ bitəcək – Elan edildibackend

Koronavirus bəlası BU TARİXDƏ bitəcək – Elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, krallıqda koronavirusun yayılmasının qarşısı 12 həftə ərzində alına bilər.

O bildirib ki, 12 həftədən sonra vəziyyətin yaxşı mənada dəyişəyəcəyinə ümidlər böyükdür. Hökumət başçısının sözlərinə görə, vəziyyət normallaşandan sonra ehtiyatı əldən vermək olmaz. “Böhranın bitdiyini düşünüb səhlənkarlıq etmək olmaz. Bəlkə də bu problemin tamamilə aradan qalxması illər ala bilər” – deyə Conson bildirib.

Britaniyalı alimlər isə hesab edir ki, koronavirusa qarşı qabaqlayıcı tədbirlərin olmaması dünya ölkələrində vəziyyətin ağırlaşmasına səbəb olub.

Elm adamlarına görə, vəziyyətdən çıxmaq üçün 3 yol var: Peyvəndin tətbiq olunması, virusa qarşı kütləvi şəkildə insanlarda immunitetin formalaşması və insanların özlərinin aldığı tədbirlər. Alimlərin sözlərinə görə, hər 3 tədbir virusa qarşı mübarizədə effektli olacaq.

Bildirilir ki, təsiredici peyvəndin hazırlanması 12-18 ay ala bilər. İmmunitetin formalaşması üçün 2 ilə ehtiyacın olduğu güman edilir. Demək ki, ən pis halda koronavirus təhlükəsi 2 il davam edə bilər./publika.az