Korona ən çox günün bu saatlarında yayılır – Alimlər araşdırdıbackend

Korona ən çox günün bu saatlarında yayılır – Alimlər araşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da aparılan araşdırmaya görə, koronavirusun yayılma sürəti günorta saat 14:00 radələrində daha da artır.

ABŞ-ın Naşvill bölgəsində aparılan araşdırmada, 24 saat ərzində yoluxmuş şəxsi test etmək üçün ən uyğun vaxtın saat 14.00 olması müəyyən olunub . Buna səbəb kimi, immun hüceyrələrimizin koronavirusla qarşılıqlı əlaqəsinin ilk 24 saat ərzində xüsusilə də, günortadan sonrakı ilk saatlarda arta biləcəyi bildirilib.

Mövzuyla əlaqədar danışan mütəxəssislər, araşdırmanın daha effektli olması üçün insanları Covid-19-a yoluxdurmaq və ardından virus yüklərinin günün müxtəlif vaxtlarında dəyişib-dəyişməyəcəyini yoxlamağın lazım olduğu vurğulayıblar.