Tribuna İnformasiya Agentliyi

Koreya xalqı birləşməlidir – Kim Çen In

13 Fevral

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmağı davam etdirməlidir. FaktXəbər-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə KXDR lideri Kim Çen In bildirib.

Seul və Pxenyan münasibətlərində son zamanlar fəal istiləşmə qeydə alınır. Belə ki, ötən həftə Şimali Koreya liderinin bacısının rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreyaya Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün gedib.

Bundan başqa, Şimal nümayəndələri Cənub rəhbərliyi ilə diplomatik görüşdə razılığa gəlib ki, Cənubi Koreya prezidenti bu yaxınlarda Pxenyana səfər edəcək və orada Kim Çen Inla görüş keçirəcək.