Tribuna İnformasiya Agentliyi

Koreya səfiri məcburi köçkünlərlə görüşüb

31 Oktyabr

Koreya Respublikasının Səfirliyi və Azərbaycandakı Koreya şirkətləri və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Cəbrayil rayon İcra Hakimiyyətinin dəstəyi ilə 28-29 oktyabr, 2016-cı il tarixlərində Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərə dəstək olmaq məqsədilə layihə həyata keçirib. 

Səfirlikdən TİA.AZ-a daxil olan məlumata görə, layihə bir necə hissədən ibarət olub., şagirdlər arasında “sehirli nağıl” rəsm müsabiqəsi və Koreya kinosu günü daxildir.

28 oktyabr tarixində Koreyanın səfiri Kim Çanq-qyu Ulu Öndərin heykəlinin önünə gül qoyduqdan sonra Cəbrayıl rayon icra başçısı cənab Kamal Həsənovla görüşdü. Səfiri Kim və icra başçısı Kamal Həsənov məcburi köçkünlərin ən qısa zamanda öz doğma torpaqlarına qayıtmaları üçün arzularını ifadə etdilər. Tərəflər layihənin Koreya və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiklərini bildirdilər.

Səfər çərçivəsində cənab səfir şəhid ailəsinə baş çəkmiş və ailəyə təskinlik verib. Ailəyə səfirliyin və Koreyadan olan şirkətlərin hədiyyələri təqdim olunmuşdur. Layihə çərçivəsində 84 nəfərdən ibarət 3-5-ci sinif şagirdlərinin iştirak etdiyi “sehirli nağıl” rəsm müsabiqəsi keçirilib. Şagirdlər Azərbaycan nağılı “Göyçək Fatma” və Koreya nağılı “Şim Çonqun hekayəsi” haqqında təsəvvürlərini rəsmlərdə təsvir etdilər. Daha sonra, şagirdlər Səfirlik, Azərbaycanda fəaliyyət göstərən Koreya şirkəti “Halla” Korporasiyası, “Samsung Engineering” və “LG Electronics” şirkəti tərəfindən məktəbli çantaları, məktəb ləvazimatları və digər hədiyyələrlə mükafatlandırıldılar.

2014-cü ildən etibarən Koreya səfirliyi Azərbaycanda məcburi köçkünlərə dəstək olmaq məqsədilə bir sıra layihələr həyata keçirir.