Koreya diktatoru: “Ölkəmiz tarixdəki ən çətin vəziyyətini yaşayır”backend

Koreya diktatoru: “Ölkəmiz tarixdəki ən çətin vəziyyətini yaşayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son illərdə ölkədə yaranmış vəziyyət tarixdə yaşadığımız ən çətin vəziyyətdir.
Bu sözləri Şimali Koreya lideri Kim Çen In Birləşmiş Həmkarlar İttifaqlarının VIII Konqresinin iştirakçılarına mesajında deyib.
Artıq ölkə yeni bir dövrə qədəm qoyduğundan vəziyyət köklü irəliləyiş, dəyişiklik və böyümə tələb edir.
Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyindən bildirildiyi kimi, son illərdə “tarixin ən çətin vəziyyətinə baxmayaraq, ölkənin dövlət gücü və statusu kəskin şəkildə artıb”.
Kim Çen Pxenyanın “hər şeyin çatışmadığı” bir mühitdə sərt mübarizə aparmaq məcburiyyətində olduğunu bildirib. Buna baxmayaraq, məqsəd “hamının və hər kəsin heç kimə həsəd aparmadan firavan yaşamasını təmin edəcək sosializm dövründə səmərəli bir həyat yaratmaqdır”. KXDR liderinin dediyinə görə, bu, heç də uzaq gələcəyin məsələsi deyil.
Şimali Koreyanın başçısı KXDR-in əldə etdiyi uğurların işçi sinfinin “qəhrəmanlıq mübarizəsi”nə borclu olduğuna da əmindir.
Kim Çen xalqı ölkədəki anti-sosialist meyillərə qarşı sərt mübarizə aparmağa çağırıb. O, bunun üçün tərbiyəvi görüşlər, izahlı mühazirələr, həmkarlar ittifaqı mətbuatı, televiziya və radio nəşrləri və multimediya istifadəsi daxil olmaqla müxtəlif metodlardan istifadə edilməsini təklif edib.