Könüllü orduya yazılmış icra başçısını “topa tutdular”backend

Könüllü orduya yazılmış icra başçısını “topa tutdular”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi,  dünən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova oğlu Məhəmməd Gülməmmədovla birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsində könüllü kimi qeydiyyatdan keçiblər.
İ.Gülməmmədovanın bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Demək olar ki, əksəriyyət Gülməmədovanın bu addımını tənqidlə qarşılayıb. Xüsusilə Abşeron rayonu ərazisində yaşayanlar icra başçısının bu addımını çox ucuz reklam adlandırıblar. Qeyd ediblər ki, xanım başçı bu üsulla özünə dividend qazanmağa çalışır.
Həmin fikirlərdən, sadəcə çox kiçik bir hissəsini təqdim edirik:
 
Ülviyyə Şahin: “Getsin, Abşeron camaatına bir gün ağlasın,orduda yox, arxa cəhbədə millətinə kömək etsin, o bəs edər. Adamın olan-qalan ətini tökməsinlər”.
Rövşən Həbiboğlu: “İradə xanım harda ehtiyac yoxdur, orda xidmət etmək istəyir. Öz işini görsün, Xırdalanda orduya biz gedərik, o, bizim işimizdir. Daha bu qədər də yox da, bilirdin ki, tənqid olunacaqsan bu lazımsız və gülməli hərəkətinlə. O boyda rayon veriblər sənə, get xidmət elə də. Batıb gedir Xırdalan”.
Sevil Gültən: “Mən şəxsən bunu vətənvərpərlik yox, özünü gözə soxmaq hesab edirəm. Oğlu getsin, amma özü getsə, bunun işini kim icra edəcək. Vətənə ən yaxşı xidməti – vicdanla işləmək, rüşvət almamaq, əsgər gedənlərin ailəsinə qayğı ilə yanaşmaq olmalıdır”.
Xəyal Xələfov: “Orduya yazılmaqdan öncə, səngərdə can qoymuş keçmiş döyüşçülərə dəyər vermək lazımdır”.
Xalidə Məmmədova: “Gördü ki, Abşeron əhli lənətləyir icra başcısını. Fikirləşdi neyləsin. Axır tapdı ki, orduya yazılsın. Allah yolunu açsın tezliklə”.
Təranə Məmmədova: “Siz allah, onları cəbhəyə tez göndərin”.
Ceyhun Zeynalov: “Şəhid və qazi ailələrinə qayğı göstərsə, daha gözəl olardı”.
Hasil Abasov: “Ora sizin kimilər uçun deyil. Ora ədalət yeridir”.
Murad Nəbizadə: “Ələ fürsət düşüb, özünü reklam edib xal qazanmaq”.
Gülya Məmmədova: “İradə gördü işləri yaxşı deyil, xalq ondan çox narazıdır, indi də gözdən pərdə asır”.
Habil İbrahimov: “Bonus qazanmaq istəyir. Tutmasınlar deyə”.
Fikrət Qabiloğlu: “Öz vəzifəni vicdanla icra elə, əgər bacarırsansa. Vətənşüvənliyə ehtiyac yoxdu xanım başçı”.
Fəxrəddin Vəliyev: “Siz rüşvətxorluğa son qoyun, elə bil döyüşmüsüz və qalibsiz. Bəsdirin, bu ordu sizing üçün “Maşın şou” zad deyil, ordumuzu yüksək tutaq”.
Vadər Şükürov: “Nə yalan reklamla milləti azdırırsan, sən döyüşənsən? Bu bir variantdı, DTX-nın yoxlamasından yayınmaq üçün, bərəkallah, fərasətə bax”.
Kəmalə Rzayeva Məmədova: “Öz işini normal görsün, orda gedib əl-ayağa dolaşmasın. Bir ağılla fikirləşmək qabiliyyəti də yoxdur. El-aləm bunun rüşvətxorluğundan danışır. Gedib orduya yazılır. Ağlın kəssin, 10 şəhid övladına dayaq dur. 10 tələbə oxut. 100 dəst diş pastası fırçası, corab al göndər cəbhəyə”.
Aytən Əliyeva: “Xalqı incitmə, öz işini düzgün qur, sənə cəbhədə ehtiyac yoxdur. Xalq hər kəsi tanıyır, sənin əlindən Sumqayıt xalqı bezib, insan ol, insan”.
Samir Omarov: “Gedib orduda burdakı kimi xidmət etsən, vay halımıza”.
Qara Pişik: “Sən xalqdan oğurladıqlarını orduda xidmət edənlərə ver, döyüşməyin lazım deyil”.
Mürsəl Qobustanlı: “Sən xalqı və vətəni sevən insan olsaydın, Abşeron o günə qalmazdı”.
Oktay Novruzov: “Bu, rüşvətxor, Qarabağ qazisinin evini sökdürən orduya gedəcək? Bəsdirin bu milləti doladız!”
Aynur Hesenova: “Oskar mukafatı laureatı İradə Gülməmmədova”.
Sadiq Salami: “Şəhid ailəsinin evini dağılmışdı, indi tülkü həccə gedir. Bunu lap ön cəbhəyə göndərmək lazımdır”.
Akif Mirzəyev: “Qəti qəti olmaz, yazıqdı əsgərlərimiz, Allah o günü göstərməsin”.
 
İlham Kamal: “Burda satmağa torpaq qalmayıb, ora getmək istəyir”.
Rasim Bakılı: “Hələ bir şəkil də çəkib paylaşırsız. Nə qədər kasıb balası döyüşəcək, siz kresloda oturacaqsız rahat. Sizin borcunuzdur gedib hərbidə iştirak etmək. Qurtarın belə ucuz rekalmları”.
Kərimova Gülşən: “Görəsən, bu xanımın oğlu ön cəbhəni görüb heç olmasa. Xalqa özünü göstərmək üçün yox, doğrudan da ön cəbhədə mənfur düşmənlə vuruşub torpaqlarımızı azad etməyə görə qeydiyyatdan keçir?”.
 
Arifa Quliyeva: “İradə Gülməmmədova deyir, könüllü orduya yazılım, bəlkə oralarda torpaq zəbt edərəm. İradə müharibəyə geəndimi? Özünə şans qazanır”.
Rəsmiyyə İsayeva: “Artistlik edirlər. Açıq-aydın görünür. Oğlu heç orduda olub ki bunun. Korrupsiya cəbhəsini təşkil edərlər. Ön cəbhəni yox. Dəli şeytan deyir, bunları yığ tök təmas xəttinə, görək nə edəcəklər”.
Telman Əkbərli: “Adama deyəllər ki, orda da rüşvət girməyəcək, ağlını yığ başına, get ərzəni götür geri”.
Kamal Nəbiyev: “Bu gedib nə işə baxacaq orda, Abşeronda öyrənib torpaq satıb pul almağa”.
Hikmet Şadmanov: “Utanmasan oynamağa na var ki. Bu qadın şəhid ailələrinin evini sökdürən, qazilərimizə sülm edən ən qəddar icra başçısıdır. İndi guya artistlik edir kamı, sizin kimiləri hamı gözəl tanıyır”.
Rövşən Məmmədov: “Bunlar artislik edir, hamısı, bu da gözdən pərdə asır, bütün Abşeron rayonunu yeyib talıyıb. İnşallah yaxın günlərdə qara maskalı oğlanlar qonağı olasıdı. Özünü Prezidentə göstərir, guya ki, xalqa canı yanır”.
Altay Abdullayev: “Tovuzu satmaq istəyir yəqin. Abşeronda torpaq qalmayıb. Sənin yerin türmədir”.
Mahirə Nuriyeva: “Qaniçənlər qeyrətə gəlib”.
Sevil Əlizadə: “Qərar verilib, müharibə olmayacaq, onsuz bilirlər ki, heç nə olmayacaq, çoxu şou göstərir, yersiz və lazımsızdır”.
İlqar Qurbanov: “Xırdalanda satılmayan yer qalmayıb. H.Əliyev prospektini elə satıb yeyiblər ki, məhlə arası küçə enindədir az qala. İndi ön xətti satmaq istəyirlər deyəsən”.
Abi Afandi: “Vətəni sevən məmur o maaşla bu qədər miras yığmaz. Vətənini sevən məmur rüşvət almaz. Vallah bu şoulardan iyrəndik. Kim inanırsa, ya tupoydu, ya da yaltaq”.
Elnur Hüseynov: “Onun yazılmağı lazım deyil, burdaca camaata vicdanla qulluq eləsin, o bəsdi”.
 
Famil Abişov: “Ay xanım, sizin getməyiniz lazım deyil, siz məmurlar sırasındasınız. Evlərindən birini şəhid ailəsinə ver, Prezidenti gözləmə. Onda deyərəm, xeyir iş gördün”.
Arif Cəfərquliyev: “Yazılan yazılır, reklama ehtiyac yoxdur, səfərbərlik olsa, onların çoxu rüşvət verib yayınacaqlar. Bizlər 90-cı illərdə görmüşük”.
Maharram Haci: “Xanım icra başçısının orduya yazılması bu prosesə heç bir stimul vermir, əksinə, belə bir vətənpərvərlik aksiyasını “pakazuxa” səhnəsinə çevirir, məncə, yetər ki, icra başçıları özlərinə söz verə. Bundan sonra Prezidentimizin tələb etdiyi kimi, xalqa xidmət edəcəyik, rüşvət almayacağıq, dövlətin malını talan etməyəcəyik. Bax bu, əsl vətəndaşlıq mövqeyi olrdı, bu dəqiqə xalqın onlardan gözlədiyi budur!!!”
Əlqadir Həsənov: “Bu insanlar niyə belə olub. Bilərəkdənmi, bilməyərəkdənmi özlərinə niyə artıq əskik söz dedizdirmək istəyirlər. Adama deyərlər, sən cəbhəyə gedənsən? Niyə şou göstərirsən. İndiyə qədər hansı cəbhə bölgəsində əsgərlərlə görüş keçirmisən. Onlara hansı maddi və ya mənəvi dəstək olmusan. Bu, tək sizə aid deyil, sənin kimi neçə nəfər var, özün reklam edir. Bunun nə mənəviyyatı var. Siz nə istəyirsiniz ki? Cəbhəyə gedən özün reklam etdirmir”.
Tofiq Baxşəliyev: “Xanım icra başçısı,vəzifəsindən istifadə edib Abşeron camaatının qanını zəli kimi sormasın, elə bilirəm, orduya getsə, oranı da pis günə qoyar”.
Amal Məmmədov: “Sən hələ Abşeronda öz nəfsinlə müharibə apar, bacarsan, sonra gedib haylarla müharibə apararsan”.
Fuad Şəhriyar oğlu: “İndi də bəzi millətə qan udduranlar, rüşvət alanlar özlərini belə reklam etdirəcəklər, bilirlər ki, hələ ehtiyac yoxdur, səfərbərlikdə ki, yazılmaqla deyil, vaxtı gələndə yazılmasan da, lazımsansa hökmən aparacaqlar, gedib işlədiyiniz yerdə milləti sayıb onun problemlərini həll etsəniz, rüşvətsiz işləsəniz, bu olar əməlli başlı bir iş, yoxsa ki, indi də bu fürsətdən istifadə edib özünüzü reklam etdirməyin ayıbdır, ayıb”.